Milli Məclisin iclasında çıxış edən komitə sədri Qənirə Paşayeva şəhid adlarının əbədiləşdirilməsilə bağlı danışdı.
Deputat bildirdi ki, təkcə Tovuz rayonu Vətən Müharibəsində 70-dən artıq şəhid verib, ancaq onların adlarının əbədiləşdirilməsi məsələsi həllini tapmayıb. “Tovuz rayonunda çoxsaylı küçələr var ki, onların adı yoxdur. Mövcud qanunvericiliyə yenidən baxıb, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində addımlar atmaq olar”, deyə, millət vəkili bildirdi.
Q.Paşayeva Nazirlər Kabinetinə, Baş nazirə müraciət edərək bildirdi ki, Tovuz Rayon İcra Hakimiyyətindən də şəhid adlarının əbədiləşdirilməsi məsələsilə bağlı Nazirlər Kabinetinə müraciət ünvanlanıb: “Çox xahiş edərdik ki, Zəfər gününə qədər o müraciətlərə baxılsın. Zəfər gününədək bu müraciətlərə baxılması çox yaxşı olar”.
