|
Azərbaycanın qızıl ixracından gəlirləri artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 140,1 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 12,6% çoxdur.

Cia.az-ın  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, 2020-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 124,4 mln. dollar təşkil edib.

Məlumata görə, avqust ayında isə Azərbaycan 23,4 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 16,4% azdır.