|
İlham Əliyevin Murovdağın ən yüksək zirvəsinə adının verilməsi təklif edilib

“Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsində xüsusi və əvəzedilməz rolu var”.

Cia.az-in report-a istinadən xəbərinə görə, bunu Milli Məclisin deputatı Sahib Alıyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda yüksəkliklər var ki, onlara hərbçilərin, birləşmələrin adı verilməlidir: “Azad edilən ən yüksək zirvə Murovdağ silsiləsindədir. Həmin yüksəkliyə isə Ali Baş Komandan İlham Əliyevin adı verilsin. Milli Məclis bu təkliflə çıxış etsin”.