Korporativ Sosial Məsuliyyət layihələri şirkətlər üçün məsuliyyət və etik dəyərdir. Bu səbəbdən də cəmiyyətdə, biznes mühitində xüsusi çəkisi olan hər bir qurum sosial öhdəliklərini dərk etməli, ictimai sektorda fəallıq göstərməlidir.
“Araz” Supermarketlər şəbəkəsi də bu mövzuya həssas yanaşaraq 27 Sentyabr Anım Günündə 50-yə yaxın şəhid ailəsini və qaziləri ziyarət edib. Xalqımıza şərəfli qələbəni yaşadan qazilərimizi daim diqqət mərkəzində saxlamaq, bu yolda canından keçən şəhidlərimizin doğmalarına mənəvi dəstək olmaq hər birimizin borcudur.
