|
Niyazi Eminov koronavirusdan sağaldı

Bir müddətdir koronavirusa yoluxmuş tanınmış həkim Niyazi Eminov artıq sağalıb.

Bu barədə Cia.az-ahəkimin müalicə aldığı Gömrük Hospitalından məlumat verilib. Bildirilib ki, N. Eminov sabah hospitaldan evə buraxılacaq.

 

Qeyd edək ki, N. Eminov səhhəti ilə bağlı sentyabrın 20-də “Yeni Klinika”dan Mərkəzi Gömrük Hospitalına köçürülüb. Onun ağciyərlərində 90 faizədək buzlaşmanın müşahidə olunduğu bildirilirdi. Bu günlərdə isə süni tənəffüs aparatından ayrılıb.