“Rusiya Prezidenti Vladimir Putinin Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü Putinin özünütəcrid rejimindən çıxması demək olacaq”.
Cia.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu günü Putinin özünü təcrid rejimindən çıxdığı gün hesab edə bilərik”, - deyə Peskov jurnalistlərin mövzu ilə bağlı suallarını cavablandırarkən deyib.
Qeyd edək ki, Vladimir Putin ətrafında bir neçə nəfərdə koronavirus aşkar olunduğundan müəyyən müddətə özünütəcrid rejiminə keçməli olmuşdu.
