“Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda “Omoniya” (Kipr) ilə matç öncəsi daha bir ciddi itki ilə üzləşib.
Cia.az xəbər verir ki, yarımmüdafiəçi İsmayıl İbrahimli zədələnib.
“Təəssüf ki, İsmayıl İbrahimli zədələnib. Onun məşq zamanı əzələsi dartılıb. İsmayıl təxminən 2 həftə oynaya bilməyəcək. Düzdür, “Omoniya” ilə matç üçün Nikosiyaya gəlib, amma oyunda iştirak etməyəcək”.
Qeyd edək ki. sabah keçiriləcək “Omoniya” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
