|
Azərbaycan klubları kiprlilərlə 13-cü dəfə üz-üzə gələcək

“Qarabağ” sabah növbəti avrokubok oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin II turunda “Omoniya” ilə qarşılaşacaq.

Bu matç Azərbaycan və Kipr klubları arasında 13-cü avrokubok dueli olacaq. Əvvəlki 12 görüşdə üstünlük klublarımızın tərəfindədir.

Təmsilçilərimiz 4 qələbə qazanıb, 5 heç-heçə edib və 3 dəfə uduzub. Top fərqi isə kiprlilərin xeyrinədir – 14-13.

Bu matçlardan 6-sı “Qarabağ”ın payına düşür. Ağdamlılar 2 qələbə qazanıb, 2 heç-heçə edib və 2 dəfə uduzub. Top fərqi rəqiblərin tərəfindədir – 7-8.

1995/96
Kuboklar kuboku
Təsnifat mərhələsi
10 avqust. APOEL (Kipr) – “Neftçi” - 3:0
24 avqust. “Neftçi” - APOEL (Kipr) - 0:0

2012/13
Avropa Liqası
Pley-off mərhələsi
23 avqust. “Neftçi” – APOEL (Kipr) - 1:1
30 avqust. APOEL (Kipr) – “Neftçi” - 1:3

2015/16
Avropa Liqası
3-cü təsnifat mərhələsi
30 iyul. “Apollon” (Kipr) – “Qəbələ” – 1:1
6 avqust. “Qəbələ” - “Apollon” (Kipr) – 1:0

2019/20
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
6 avqust. APOEL (Kipr) – “Qarabağ” – 1:2
13 avqust. “Qarabağ” – APOEL (Kipr) – 0:2
Avropa Liqası
Qrup mərhələsi
24 oktyabr. “Qarabağ” – APOEL (Kipr) – 2:2
7 noyabr. APOEL (Kipr) – “Qarabağ” – 2:1

2021/22 mövsümü
Konfrans Liqası
3-cü təsnifat mərhələsi
5 avqust. AEL (Kipr) – “Qarabağ” – 1:1
12 avqust. “Qarabağ” – AEL (Kipr) – 1:0