|
Bakı sakinləri üçün -

Triatlon üzrə idman yarışlarının keçirilməsi ilə əlaqədar bir neçə yol təmirə bağlanır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Cia.az-a verilən məlumata görə, 2 may tarixdə saat 05:00-dan 17:30-dək müddətdə Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt yaşayış məntəqələrini birləşdirən Bakı Dairəvi Yolunun Bilgəh qəsəbəsindən Nardaran qəsəbəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkət məhdudlaşdırılacaq. 
Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Mərdəkan qəsəbəsi istiqamətdə hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, Avropa Oyunlarında triathlon yarışları 13-14 iyun tarixlərində Dünya Triatlon Seriyasında altı həftəlik fasilə dövründə kerçiriləcək. 

Cia.az