Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşlarının keçirdiyi əməliyyatla saxlanılan narkotik qaçaqmalçıları Müşfiq Mirzəyev və Nadir Babayevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Cia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. M.Mirzəyev 17 il 6 ay, N.Babayev isə 16 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası alıblar.
Nadir Babayevin Novxanı qəsəbəsindəki bağ evinə baxış zamanı oradan ümumi çəkisi 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə götürülüb. Müşfiq Mirzəyev isə İrandan külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə gətirilməsini təşkil edib.
