Bu ilin yanvar–avqust ayları ərzində 17 813 nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
Bu barədə Cia.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib. Qeyd edilib ki, onların 59,2%-ni kişilər, 40,8%-ni isə qadınlar təşkil edib.
