|
“Qəbələ” Niderland klubuna qarşı

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.

Cia.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda Çempionlar Yolunda Niderland təmsilçisi "Alkmaar"la üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı görüş saat 17:00-da başlayacaq.

Çempionlar yolu

 

I mərhələ

İlk oyun

29 sentyabr

17.00 Qəbələ (Azərbaycan) - Alkmaar (Niderland)

Baş hakim: Viktor Kopiyevski (Ukrayna).

Qəbələ şəhər stadionu

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Cütün qalibi növbəti raundda “Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) duelinin güclüsü ilə görüşəcək.