Türkiyə və Rusiyanın müdafiə nazirləri arasında görüş keçirilə bilər.
Cia.az xəbər verir ki, bu məlumatı Türkiyənin milli müdafiə naziri Hulusi Akar Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin suallarına cavab verərkən açıqlayıb.
Belə ki, jurnalistlərin Suriyanın şimalında son dövrlərdə artan hava hücumlarının ardından Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşün olub-olmayacağı ilə bağlı suala Hulusi Akar “Görüşə bilərik” cavabını verib.
Bununla yanaşı, hava hücumlarına dair Rusiya tərəfindən Türkiyəyə hər hansı açıqlamanın verilib-verilməməsi sualını Akar belə cavablayıb:
“Onlar oradakı terrorçu qruplarına qarşı bu hücumları etdiklərini deyirlər. Lakin bu hücumlar nəticəsində nə ölənlər, nə də qaçanların arasında terrorçu var. Bir neçə aydır bunu izah etməyə çalışırıq. Biz Rusiya ilə imzalanan saziş çərçivəsində prinsiplərə riayət edirik. Bu məsələdə lazım olan hər şeyi etdik. Qarşı tərəfin də sazişdəki öhdəlikləri yerinə yetirəcəyini gözləyirik”, - deyə H. Akar qeyd edib.
