Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Cia.az-ın Baş Dövlət Yol Polisi İdarəsinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyətilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.
"Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə əlaqədar bu il iyun ayının 1-dən 30-dək ə yarış iştirakçılarının, azarkeşlərin və ölkəmizə gələn çoxsaylı qonaqların təhlükəsiz və sərbəst hərəkətlərinin təşkili ilə əlaqədar paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə qeyd olunan müddət ərzində müxtəlif təyinatlı yük avtomobillərinin Bakı şəhərinə buraxılmayacağını iş planlarında nəzərə alsın", - deyə məluamtda bildirilir.
Cia.az
