Men Nilayam , hele iki yaşındaykən dəhşətli faciəni gözlərimlə görən, faciə vulkanının içindən cücərən Nilayam! İki yaşında əzab-əziyyətlərə atılan, atalı-analı günlərimə bir gecədə güllə dəyib, yetim qalan Nilay!
Bir gecənin içərisində isti yuvası xarabaya dönən , yuxuda namərd əllə qurbana çevrilən , cavan ürəkləri arzularla dolu olan valideynlərin övladıyam. Anam əhd etmişdi ki, məni bağçaya qoysun, ilk məktəbə gedəcəyim gün üçün o qədər xəyallar qurmuşdu ki! Men xeyalları xəyal olaraq qalan ananın balası , biçarə Nilayam!
Atam mənim hansı peşəyə sahib olacağım haqqında indidən seçimlər edirdi. Ən yaxşı universitetdə oxumağımı arzulayırdı. Arzusu qara geyinən atanın qızı, Nilayam.
Valideynlərim məni bu həyatda tək qoymamaq üçün , mənə arxa olacaq bacı-qardaş düşünürdülər. Anamın bətnində cücərən körpənin bacısı, Nilayam! Ata-anam mənə arxa düşündükləri halda meni kimsəsiz qoydu erməni faşistləri! Məni anasız-atasız, isti yuvasız qoydu celladlar!
Nənəm gözləyirdi ki, dil açım, mənə vətənpərvərlik mövzusunda şeirlər, mahnılar öyrətsin. Qarabağmızın düşmən tapdağında olduğunu anlatsın. Düşmənin namərdcəsinə öldürdüyü nənənin nəvəsi, Nilayam!
Mən körpəliyi yaşanmayan, uşaqlığına yetimlik damğası vurulan, bir gündə hər şeyi torpağa gömülən Nilayam!
Mən körpəykən böyüdüm! Dəhşətli qaranlıq içində gur işıq saçıb, yenidən Gəncəni zülmətə, bizi isə əbədi bədbəxtliyə məhkum edən silahın səsi böyütdü məni! Hədsiz nifrət böyütdü məni!Mənim kimi minlərlə körpəni yetim qoyanlara olan nifrətimi dilimə gətirə bilməsəm də, o nifrəti dünya gözlərimdən oxuyur! Mən kədər ensiklopediyası, dərd külliyatı, qısa ömrü faciə dastanına çevrilən Nilayam!
Mən Nilayam, yüz arzudan doğulub, yolumda qurbanlar deyilən Nilay! Gec gəldim dünyaya ,dünya isə mənə amansız, qəddar oldu!
Lakin mənim kimi gözü yaşlı qalan körpələr, silin gözlərinizdəki yaşı, məğrur dayanın! Biz qəhrəman xalqın, Mübarizlərin, Poladların övladıyıq! Biz Azərbaycan övladıyıq!
Cia.az
Muxayeva Elida
