Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cia.az-ın məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində Adil Qasımov adına orta məktəbin qarşısında qeydə alınıb.
Hərəkətdə olan minik maşını 2012-ci il təvəllüdlü Sadıqov Rövşən Natiq oğlunu vurub. Məktəbli xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun hər iki ayağının sındığı məlum olub
Faktla bağlı araşdırma aparılır.


