|
Ərdoğanın açıqlaması ABŞ-ı QƏZƏBLƏNDİRDİ:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın S-400 müdafiə sistemləri barədə sərt açıqlaması ABŞ-da narazılıqla qarşılanıb.

Cia.az xəbər verir ki, Dövlət Departamentinin açıqlamasına görə, Türkiyənin Rusiyadan daha çox silah alması Ankaraya qarşı sanksiyaların işə düşməsinə səbəb ola bilər: “Türkiyəyə Rusiyadan daha çox hərbi ləvazimatlar almaması üçün xəbərdarlıq edirik. Bu sanksiyaları təşviq edər” – deyə açıqlamada bildirilir.

Qeyd edək ki, amerikalı jurnalistin “Deyəsən, daha bir partiya S-400 almağı planlaşdırırsız?” sualına Ərdoğan belə cavab verib:

“Bundan sonra da kimsə bizim müdafiə sistemlərimizi hansı ölkədən, nə qədər, nə alacağımıza müdaxilə edə bilməz. Bunun qərarını biz veririk. Ona kimsə qarışa bilməz”.