İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) təhqiqat mərkəzində baş verən yanğında xəsarət almış şəxslərdən ikisi həyatını itirib.
Cia.az-ın məlumatına görə, bu barədə SEPAH rəsmi açıqlama yayıb. Bildirilib ki, ötən gün Tehranın qərbində baş verən yanğında xəsarət almış 3 nəfərdən 2-si müalicə olunduğu xəstəxanada həyatını itirib.
Yanğınla bağlı əlavə məlumat verilməyib.
