|
İsrail səfirliyində Vətən Müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib

İsrailin Azərbaycandakı səfirliyi Vətən Müharibəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Cia.az-ın xəbərinə görə, bu barədə İsrailin Azərbaycandakı səfirliyi "Twitter"də bildirib.

"Bu gün Anım Günündə səfir Corc Dik və səfirlik heyəti Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirərək, müharibə qurbanlarının xatirəsini ehtiramla yad edib. Bölgəyə sülh diləyirik və qurbanların ailələrinə başsağlığımızı çatdırırıq", - səfirlik bildirib.