|
Kanalda batan gəncin meyiti tapıldı

24 sentyabrda Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Əhmədov Vüsal Vahid oğlunun axtarışları başa çatıb.

 

Fövqəladə Hallar Nazirliyindən Cia.az-averilən məlumata görə, V.Əhmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib