|
Mingəçevirdə minik maşını motosikletlə toqquşub

Mingəçevirdəbir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Cia.az-ın  məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib.

VAZ 2106” markalı maşın “Azərkabel” zavodu yaxınlığında motosikletlə toqquşub. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan 1982-ci il təvəllüdlü motosikletin sürücüsü Əsədli Mürşüd Ramil oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.