Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçirilir.
Dövlət İmtahan Mərkəzindən Cia.az-a bildirilib ki, Bakı şəhərində 785, Naxçıvan şəhərində isə 29 namizədin imtahan verəcəyi gözlənilir/
İmtahanların idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 75 zal nəzarətçisi, 10 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
Qeyd: Bu mərhələdə iştirak edəcək 814 nəfərdən 305 nəfəri ötən ilki imtahan nəticəsinə görə, 509 nəfər isə bu ilki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.
