|
Göygöldə qayınata yeznəsini bıçaqladı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Cia.az xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb.

 

Belə ki, 1987-ci il təvəllüdlü Məhərrəmov Azər Qiyas oğlu bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, A. Məhərrəmov qayınatası tərəfindən bıçaqlanıb.