|
Bakıda qeyri-yaşayış sahəsində yanğın baş verib -

Bakının Nəsimi rayonunda yanğın hadisəsi qeydə alınıb.

Cia.az  xəbər verir ki, Mirzəağa Əliyev küçəsi 245 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin şaxtasında tüstülənmə ilə müşahidə edilən yanğın baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından mühafizə xidmətinin əməkdaşları cəlb edilib.

Əhatə dairəsi 6 kv olan şaxtada yanğının qarşısı alınıb.