|
Abbas Səhhət adına xəstəxanaya yeni baş həkim təyin edildi

Tibb üzrə fəlsəfə doktoru İlkin İsmayılov Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya baş həkim təyin edilib.

Bu barədə Cia.az-a həkimin özü məlumat verib.

 

Qeyd edək ki, ixtisasca ümumi cərrah olan İlkin İsmayılov bundan əvvəl də Gəncə şəhərindəki özəl klinikalardan birində uzun müddət baş həkim işləyib.