|
Milli Məclisdən yeni bəyanat

Azərbaycan Milli Məclisi Vətən müharibəsinin başlanmasının ildönümü ilə bağlı bəyanat qəbul edəcək.

Cia.az-ın  xəbərinə görə, bu məsələ parlamentin payız sessiyasının ilk plenar iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.