|
Neft-Qaz Çıxarma İdarəsinə məxsus ərazidə oğurluq edildiyi barədə məlumat daxil olub

“Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinə məxsus ərazidən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindənCia.az-a verilən xəbərə görə, sentyabrın 20-dən 23-dək olan müddətdə Qarabulaq kəndində yerləşən “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinə məxsus ərazidə oğurluq edildiyi barədə məlumat daxil olub.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ərazidən 21474 manat dəyərində 2980 metr dəmir boru və 5810 metr naqil oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş H.Muradov saxlanılıb.