|
“Sabah” Braziliyadan futbolçu alır

 

“Sabah” heyətinə yeni futbolçu cəlb edə bilər. 

Klubun mətbuat xidmətindəCia.az-a verilən məlumata görə, braziliyalı futbolçu Hiqor Qabriel paytaxt təmsilçisində baxışdadır. Məşqçilər korpusu 22 yaşlı müdafiəçinin oyununu bəyənsə, onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, Braziliya "Fluminense”sindən gələn Qabriel bu klubun  yetirməsidir.