|
Lənkəranda ikimərtəbəli evdə yanğın olub

Lənkəranda ikimərtəbəli evdə yanğın baş verib.

Cia.az-ın  xəbərinə görə, şəhərin Vidadi küçəsində yerləşən ikimərtəbəli evin 80 kvadrat metr sahədə yanar konstruksiyaları yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.

Yanğının ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində xəsarət alan olmayıb.