|
Sabiq nazir Bakıda

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin Azərbaycan Dövlət İqtisad Universitetində SABAH Qruplarının tələbələri ilə görüşüb.
Tanınmış diplomat Hikmət Çətin Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti barədə təəsüratlarını bölüşüb. Məruzəçi Ulu Öndərin Azərbaycan və Türkiyə arasında bütün sahələrdə əlaqələrin gücləndirilməsindəki xidmətlərindən danışıb, ölkəmizin bugünki inkişafını yüksək qiymətləndirən qonaq Azərbaycanın regionun ən güclü iqtisadiyyatına malik olduğunu söyləyib.
Sabiq nazir qonşu ölkələrdə baş verən proseslərə də toxunub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, H.Çətin 1991-1994-cü illərdə Türkiyə xarici işlər naziri, 1997-1999-cu illərdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri olub. 














Cia.az