|
Səyyad Əlizadənin vəziyyəti stabil ağır olaraq qalır.

"Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyətində irəliləyiş yoxdur".

Bunu Cia.az-a müğənninin qohumu Razim Qarayev məlumat verib. 

O, təəssüflə bildirib ki, sənətçinin vəziyyəti stabil ağır olaraq qalır:

 

“Həkimlər əllərindən gələni edir və müalicələr aparılır”.

Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və EKMO cihazına qoşulub.