|
Ölkənin 70 faizi fasiləsiz içməli su ilə təmin edilib

Hazırda Azərbaycanın 70 faizi fasiləsiz içməli su ilə təmin edilib.

Bunu Cia.az-a açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Qurum rəsmisi bildirib ki, hazırda digər ərazilərin içməli su ilə fasiləsiz təminatı ilə bağlı tədbirlər görülür: "Bakı şəhərinin isə artıq 86 faizi fasiləsiz içməli su ilə təmin edilib".