|
Gündəlik bez istifadə edən xanımların diqqətinə!-

Çox axıntısı olan və alt paltarı tez-tez islanan qadınlar üçün gündəlik bez rahatlıq bəxş edir. Ancaq gündəlik bez istifadə edərkən diqqət etməli olduğunuz bəzi məsələlər var. Diqqətli olun:

Bir bezdən uzun müddət istifadə etməyin, 1-2 saatdan bir dəyişdirin. Çox ətirli bezlərdən qaçın. Həssas dərili qadınların gündəlik bez istifadə etməyi məsləhət görülmür.

Gündəlik bez istifadə edən xanımlar tez-tez göbələk infeksiyası ilə qarşılaşırlar. Çünki sürtünmədən dolayı, üstəlik nəm qaldığı üçün bez səthinə mikrobların yerləşməsi asan olur. Buna görə bez istifadəsi əvəzinə tez-tez alt paltarının dəyişdirilməsi məsləhətdir.

Bez alarkən qutusunun üzərində 100% orqanik yazısının olub-olmadığına diqqət edin. Bezin tərkibindəkilər siyahısına baxıb ən az neylon tərkibli olanını almaq lazımdır. Çünki neylon miqdarı artdıqca infeksiya riski də artır. Neylon tərkibli bezlər yeriyərkən xışıldayar, bunu unutmayın.

Cia.az