|
Təbiətə 1200 manat ziyan dəyib -

Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında, "Oba market"in qarşısında kəsilən ağacların yerinə yeniləri əkilib.

Bu barədə Cia.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən həmin ərazidə yeni ağaclar əkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin araşdırması nəticəsində həmin ərazidə təbiətə 1 200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Binəqədi Rayon Prokurorluğuna göndərilib.