|
Bakı icra hakimiyyətinin maşınından pul oğurlandı

Bakıda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Cia.az-a verilən xəbərə görə, sentyabrın 21-də Bakı şəhər İcra Hakimiyyətinin Kommunal Xidmətlər Müəssisəsinə məxsus “İveco” markalı avtomobildən 2187 manat dəyərində akkumulyator və 5 ədəd təkər oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb.