|
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda bankomat partladılıb

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Martğopi kəndində bankomat partladılıb.

Cia.az-ın  yerli mətbuata istinadən verdiyi xəbərə görə, hadisə gecə saatlarında baş verib.

Məlumata görə naməlum şəxslər Ədliyyə Nazirliyinin İcma Mərkəzinin binasında yerləşən bankomatı soymaq məqsədi ilə partlayış törədiblər.

Hadisə zamanı xəsarət alan olmayıb.