|
“Öz tənqidçin özün ol” –

Xalq artisti Tünzalə Ağayeva yenidən geyimi ilə müzakirələrə səbəb olub.

Cia.az xəbər verir ki, müğənni qara, kürək dekolteli libası ilə obyektiv qarşısına keçib. O, yeni fotolarını sosial şəbəkədə paylaşıb:

"Özünü bil, özünə dəyər ver, özündən nə istədiyini bil. Səni mükəmməl yaradana çox şükür et. Ətrafdan gözləmədən, ətrafını qınamadan, öz tənqidçin özün ol. Çünki necə düşünürsən, nə yeyirsən, necə rəftar edirsən, necə yaşayırsan, sən məhz osan. Hər şey sənsən. Hər şey səndədir".
Sənətçinin fikirlərindən çox geyimi müzakirələrə səbəb olub. Bəzi izləyicilər dekolteli libası ona yaraşmadığını bildirib.