|
İcra başçısı 15 yaşlı qızı xilas edən gənclə görüşdü

Sentyabrın 22-də Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kənd sakini olan 15 yaşlı Allahverdiyeva Rəsmiyyə Dərgah qızı Baş Mil Kanalının bu rayonun Mahmudlu-2 kəndi ərazisindən keçən hissəsində ehtiyatsızlıqdan kanala yıxılıb.

Füzuli Beynəlxalq Hava Limanında operator (kran sürücüsü) işləyən, 1994-cü il təvəllüdlü Qəbələ rayon sakini Seyidov Anar Əhliman oğlu fədakarlıq göstərərək kanalda boğulmaqda olan qızın həyatını xilas edib.

 

Füzuli RİH-dən Cia.az-a verilən məlumata görə, icra başçısı Alı Alıyev Anar Seyidovu qəbul edərək göstərdiyi fədakarlığa görə öz təşəkkürünü bildirib.