|
Beynəlxalq faktaraşdırıcı missiyanın üzvləri Azərbaycana gəlib

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət beynəlxalq nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Cia.az-in xəbərinə görə, nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

Nümayəndə heyəti Ağdam, Tərtər və Gəncədə faktaraşdırıcı missiya həyata keçirəcək.