|
“Marsel” azarkeşləri yenə dava saldı

Fransa çempionatının 7-ci turunda keçirilən “Anje” – “Marsel” matçından sonra azarkeşlər arasında dava düşüb.

Cia.az xəbər verir ki, “Marsel” fanatları oyun bitən kimi meydançaya düşərək rəqib azarkeşlərə hücum çəkib.

 

Nəticədə kütləvi dava olub və stadiona böyük ziyan dəyib.

Qeyd edək ki, bu son həftələrdə Fransa çempionatında baş verən 3-cü hadisədir. “Marsel” azarkeşləri isə ikinci dəfədir qalmaqalla yadda qalıblar. Onlar “Nitsa” ilə matçda da qarşılaşmanın dayanmasına səbəb olmuşdular.