|
Qadın hakim huşunu itirdi

Qadın futbolçular arasında keçirilən dünya çempionatının seçmə mərhələsinin Almaniya – Serbiya matçında xoşagəlməz hadisə yaşanıb. 

 

Cia.az xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində ingiltərəli yan xətt hakimi Elen Edvards huşunu itirib. O, həkimlərim ilkin müdaxiləsindən sonra özünə gəlsə də, işinə davam edə bilməyib.
 
Xəstəxanaya çatdırılan Elenin vəziyyəti sabitdir.
 
Almaniya – Serbiya matçı 5:1 hesabıyla bitib.