|
Bakının mərkəzində 12 milyona otel satılır - FOTO

Bakının mərkəzində baha qiymətə otel satılır.

Cia.az-ın məlumatına görə, bu barədə məşhur saytların birində élan yerləşdirilib.

Qeyd olunur ki, otel Səbail rayonu, “Park Bulvar”ın yaxınlığında yerləşir. 36 otağı və 2500 kv/m sahəsi olan otel nə az, nə çox 12 milyon manata təklif edilib.