Bu gündən Azərbaycanda məktəblər açılıb.
Cia.Az-ın məlumatına görə, bu il ölkə üzrə təhsil müəssisələrində əyani tədris karantin rejiminə əsasən, l-IV siniflər üzrə 22 sentyabr tarixindən, V-XI siniflər üzrə və ali təhsil müəssisələrində isə 29 sentyabr tarixindən başlayır.
Məktəbə gedənlər arasında 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizin övladları da var.
