|
Şagird sayı 200-dən az olan məktəblərdə işçilərdən COVID-19 pasportu tələb olunmayacaq

Təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələb edilir.

Cia/az-ın  məlumatına görə, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarda əksini tapıb.

Qərara əsasən, bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilməyəcək.