İran İslam Respublikasının xarici işlər nazirinin müavini və Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Doktor Məhəmməd Kazım Səccadpur Bakıya gələcək.
İranın Azərbaycandakı səfirliyindən Cia.az-a verilən məlumata görə, iranlı rəsmi İran İslam Respublikası, Azərbaycan Respublikası və Türkiyənin araşdırma mərkəzləri arasında keçirilən üçtərəfli görüşdə iştirak etmək üçün bu gün Bakıya üç günlük səfər edəcək.
