Gənc Şairlər Birliyi Nurəngiz Günə həsr edilmiş “Nurəngiz Günə BİR BƏND ŞEİR” müsabiqəsi elan edir.
Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzanın Cia.az-a verdiyi məlumata görə, müsabiqədə iştirak etmək üçün Nurəngiz Gün haqqında yazılan (yeni və yalnız bir bənd) şeiri [email protected] ünvanına göndərə bilərlər. Müsabiqə may ayının 20-ə qədər davam edəcək. Qalib gələn birinci yerin sahibinə V Azərbaycan Şairlər Günündə Müşfiq Mükafatı təqdim ediləcək. İkinci və üçüncü yerin sahibləri də diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Cia.az
