|
Mingəçevirin su təchizatında məhdudiyyətlər olacaq

Sentyabrın 22-də Mingəçevir şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən  Economics”ə verilən məlumata görə, təsdiqlənmiş plana və təlimata uyğun olaraq Mingəçevir şəhərindəki 10 min kubmetr tutumu olan mərkəzi su anbarında yuyulma və dezinfeksiya işləri aparılacaq. Bununla əlaqədar 22 sentyabr 2021-ci il tarixində Mingəçevir şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.