|
Həkim Xatirə İslama şərt qoydu -

 

Müğənni Xatirə İslam pərəstişkarlarından kömək istəyib.

Cia.az xəbər verir ki, sosial şəbəkədə izləyicilərindən kömək istəyən müğənni arıqlamağın yolları barədə məsləhət alıb.

Sənətçi həkimin ona arıqlamağı şərt qoyduğunu deyib:

"Təcili şəkildə 5 kiloqram çəki atmağa nə kömək edə bilər? Həkimə söz vermişəm. 1 həftə, uzağı 10 günə ərzində arıqlamalıyam. Amma ziyansız olsun".

Qeyd edək ki, Xatirə bundan əvvəl artıq çəkidən azad olmaq üçün liposaksiya etdirmişdi.