|
Rafael İsgəndərov və Coşqun Rəhimov yeni mövsümdən ATV kanalında aparıcılıq edəcəklər.

“Bu şəhərdə”nin məşhur simaları, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov yeni mövsümdən ATV kanalında aparıcılıq edəcəklər.

Cia.az xəbər verir ki, Rafael və Coşqunun yeni layihəsinin adı “Bu şəhərdə 2050” adlanacaq. Proqramda indiyədək yayımlanan və yayımlanmayan konsertlərdən görüntülər də nümayiş olunacaq.