Türkiyəli futbolçu Özer Hurmacı 6 illik həyat yoldaşı Mihriban Hurmacıya qarşı boşanma davası açıb.
Cia.az “Hürriyet”ə istinadən xəbər verir ki, bununla bağlı o, sentyabrın 1-də İstanbul Ailə Məhkəməsinə müraciət edib.
İddiaya görə, daim astrologiya ilə maraqlanan Mihriban Hurmacı astroloji xəritələrə baxaraq, həyat yoldaşı Özer Hurmacıya qarşı “Sən məni aldadırsan” deyə basqı edirdi. Bundan təngə gələn Özer onu məhkəməyə verib.
Qeyd edək ki, 1986-cı il noyabrın 20-də Almaniyanın Kassel şəhərində doğulan Özel Hurmacı alman-türk futbolçusudur. Son olaraq “Bursaspor”un formasını geyinib. O, 2015-ci il fevralın 1-də Mihriban Dinçerlə ailə həyatı qurub. Cütlüyün üç övladı var.



